28 oktyabr 2024. Bazar ertəsi

Neymardan suriyalı uşağa məktub


Neymardan suriyalı uşağa məktub
 PSJ-nin hücumçusu Neymar, 8 yaşlı suriyalı əlil uşağın onun “Santos”dakı formasıyla çəkdiyi videoya cavab verib.
 
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu, sosial şəbəkə vasitəsiylə Hamisə mesaj göndərib. Neymar mesajında bunları söyləyib:
 
“Salam, Hamis. Məni dəstəklədiyin üçün təşəkkürlər, qəlbim səninlə və ailənlədir. Tanrı sizi qorusun, hələlik”.
 
Protez ayaqları olsa da, futboldan ayrıla bilmədiyini deyən Hamis, bir gün Neymarla tanış olmaq istədiyini bildirib:
 
“Ümid edirəm ki, məktəbi bitirərəm və Neymarla tanış olaram. İnşAllah, ailəm də buna kömək edəcək. Neymara çox təşəkkür edirik”.






Xəbər news