25 mart 2026. Çərşənbə

Sevgilisinə görə karantini pozan futbolçu İspaniyaya qayıtdı


Sevgilisinə görə karantini pozan futbolçu İspaniyaya qayıtdı

"Selta" klubunun futbolçusu Fyodor Smolov İspaniyaya qayıdıb.

Corner.az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçunun nümayəndəsi German Tkaçyenko yerli mətbuata açıqlamasında deyib.

Menecerin sözlərinə görə, rusiyalı futbolçu bu gün Viqoya uçub.

Qeyd edək ki, Fyodor Smolov aprelin 6-da sevgilsinin ad günündə iştirak etmək üçün karantin rejimini pozaraq İspaniyanı tərk etmiş və Rusiyaya qayıtmışdı.








Xəbər news