- Xəbər news
- 22:34 14.11.2024
Belçika Milli Təhlükəsizlik Şurası peşəkar futbol klublarının iyulun 31-dək oyun keçirməsini qadağan edib.
Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu isə ölkə çempionatının və kubok yarışının vaxtından əvvəl başa çatması deməkdir.
Yekun qərarın mayın 15-də veriləcəyi bildirilib. Həmin vaxt 29 turdan sonra 70 xalla lider olan "Brügge" çempion elan olunacaq, eyni zamanda avrokubokların iştirakçıları müəyyənləşəcək.
Yeni mövsümün isə avqustun 8-də start götürə biləcəyi vurğulanıb.(report)