- Xəbər news
- 22:34 14.11.2024
"Standard" klubunun peşəkar statusdan məhrum edilməsinə dair qərardan apellyasiyası təmin olunub.
Corner.az-ın məlumatına görə, Lyej şəhərinin təmsilçisini dağılma təhlükəsindən keçmiş futbolçuları Maruan Fellaini və Aksel Vitsel xilas edib. Hazırda Çinin "Şandun Lunen" klubunda forma geyinən Fellaini "Standard" rəhbərliyinə 3 milyon avro borc verib. Almaniyanın "Borussiya" (Dortmund) komandasında oynayan Vitselin cəlb etdiyi sponsorlar isə Lyej stadionunun ad hüququnu alıblar.
Bununla da Belçika hökumətinin klubu peşəkar statusdan məhrum etmək istəyi boşa çıxıb.
Qeyd edək ki, Maruan Fellaini 2004 - 2006-cı, Aksel Vitsel isə 2006 - 2011-ci illərdə "Standard"ın şərəfini qoruyub.(report)