- Xəbər news
- 22:34 14.11.2024
"Tottenhem"in futbolçusu Son Hın Min hərbi xidməti başa vurub.
Corner.az-ın "Sky Sports"a istinadən məlumatına görə, 28 yaşlı hücumçu 3 həftəlik əsgərlik dövrünü başa vurub
Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən cənubi koreyalı futbolçu 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. S.H.Min güllə atışında isə maksimum nəticə göstərib.
Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. Təcrübəli oyunçu ordu vəzifələrini tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işləri tamamlamalıdır.
Qeyd edək ki, Son Hın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinir.(report)