- Xəbər news
- 21:58 14.03.2026
Norveç liqasının başlama vaxtı açıqlanıb.
Corner.az-ın məlumatına görə, "yaz-payız" sistemi ilə keçirilən çempionat iyunun 16-da start götürəcək. Aprelin 4-də başlamalı olan yeni mövsüm koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.
Bolqarıstan Futbol İttifaqı isə yerli çempionatın iyunun 5-də bərpa olunacağını bildirib. Martın ortalarında dayandırılan yarışda XXV turun oyunları olacaq.
Qeyd edək ki, dünyanın əksər ölkələrində çempionatlar koronavirusa görə dayandırılıb. (report)