- Xəbər news
- 22:34 14.11.2024
FIFA-nın oyun vaxtı əvəzetmə sayının artırılması ilə bağlı qərarı Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) narazılığına səbəb olub.
Corner.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Alexandro Dominges özünün şəxsi "Twitter" səhifəsində paylaşım edib.
O bildirib ki, ali futbol qurumunun CONMEBOL-la məsləhətləşmədən belə bir qərar qəbul etməsi konfederasiyanı təəccübləndirib. Dominges həmçinin qərarı təhlil etmək və bunun Cənubi Amerika futbolu üçün uyğun olub-olmadığını müəyyənləşdirmək üçün ekspert qrupu yaradılacağını vurğulayıb.
Qeyd edək ki, FIFA mayın 8-də əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.(report)