- Xəbər news
- 22:34 14.11.2024
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger hesab edir ki, futbolda Lionel Messi – Kriştiano Ronaldo dövrü başa çatır.
Corner.az “Marca”ya istinadən xəbər verir ki, fransalı mütəxxəssis deyib: “Biz Messi və Ronaldo kimi hər vəziyyətdən kreativcəsinə çıxan bilən futbolçular görməmişik. Amma artıq onların dövrü artıq başa çatır. İndi biz yeni nəsil barədə danışmalıyıq. Bu zaman ön mövqeyə fransalıların çıxması realdır. Belə vəziyyətdə Mbappe lider ola bilər bilər. Amma əlbəttə, biz Neymarı da unutmamalıyıq”.
Xatırladaq ki, son 12 ildə Messi 6, Ronaldo isə 5 dəfə “Qızıl top”un qalibi olub. Bu illər ərzində yalnız Luka Modriç bir dəfə dünyanın ən yaxşı futbolçusu adını qazanıb.(qol)