2 fevral 2026. Bazar ertəsi

Maradona'dan xeyirxah addım - FOTO


Maradona'dan xeyirxah addım - FOTO

Argentina millisinin keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.

Corner.az-ın "El Correo"ya istinadən məlumatına görə, sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsulu, maska və antiseptika toplayıb. Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.

Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb. Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında oynanılması qərara alınıb. (report)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO