- Xəbər news
- 22:34 14.11.2024
"Fənərbaxça"nın kapitanı Əmrə Belözoğlu Arda Turanla "İnstaqram"da canlı yayım edib.
Corner.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi canlı yayım zamanı futbola ilk başladığı dönəmi xatırladıb. O, aşağı yaş qruplarında Azərbaycana 5 qol vurduğu oyunu yada salıb:
"Futbola hücumçu kimi başladım. Aşağı yaş qrupu üzrə milli komandadakı ilk matçda Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdik, 5 qolu da mən vurmuşdum".(qol)