28 oktyabr 2024. Bazar ertəsi

Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı


Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı

Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.

Corner.az yerli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, çempionat mayın 28-də qaldığı yerdən davam edəcək.

Liqa XXI turdan təxirə salınmış "Orxus" - "Ranners" oyunu ilə start götürəcək. XXV turun qarşılaşmaları 29 may - 2 iyun tarixlərində keçiriləcək.

Superliqaya iyulun 26-da yekun vurulacaq. 3 gün sonra isə UEFA Avropa Liqasına vəsiqə uğrunda görüş baş tutacaq.

Qeyd edək ki, Danimarka Super Liqasına 24 turdan sonra 62 xalla "Midtyulland" başçılıq edir.(report)







Xəbər news