28 oktyabr 2024. Bazar ertəsi

Futbolçuların həyat yoldaşları məhkəmədə üz-üzə


Futbolçuların həyat yoldaşları məhkəmədə üz-üzə

"Derbi Kounti"nin futbolçusu Ueyn Runi  və "Lester"in hücumçusu Ceymi Vardinin həyat yoldaşları arasında müharibə məhkəmədə davam edəcək.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Kolin Runi Rebekka Vardini məhkəməyə vermək qərarına gəlib. O, qarşı tərəfi şəxsi informasiyalarını mediaya ötürməkdə günahlandırır. Rebekka isə bu ittihamları rədd edib.

Bildirilib ki, Kolinin Rebekkaya qarşı çoxlu sübutu var. Tərəflər arasında aylarla sürəcək məhkəmənin olacağı vurğulanıb.

Qeyd edək ki, Kolin və Rebekka daha əvvəl ən yaxın rəfiqə idi. Ancaq baş verənlərdən sonra tərəflər arasında münasibətlər pozulmuşdu.







Xəbər news