28 oktyabr 2024. Bazar ertəsi

Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı


Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı

Çexiya Peşəkar Futbol Liqasının rəhbərliyi ölkə çempionatını bərpa etməyi qərara alıb.

Corner.az məlumatına görə, yarış mayın 23-də qaldığı yerdən davam edəcək. Oyunlar azarkeşsiz keçiriləcək.

Fortuna Liqadakı 16 klubdan 13-ü mövsümün bərpası və iyulda başa çatdırılması lehinə səs verib. "Karvina", "Opava" və "Zlin" isə buna qarşı çıxıb.

İlk oyun "Teplitse" və "Slovan" arasında olacaq. Çempionatın lideri 24 oyundan 58 xal toplayan "Slaviya"dır.(report)







Xəbər news