13 oktyabr 2026. Çərşənbə axşamı

Millimizin üzvü məşqlərə başladı - FOTO


Millimizin üzvü məşqlərə başladı - FOTO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubu məşqləri bərpa edib. 

Corner.az rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib. 

Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Hazırlıq prosesinə Dadaşov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.

Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə  "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb. 







Xəbər news