- Xəbər news
- 21:58 14.03.2026
Fransa millisinin sabiq üzvü Cibril Sisse peşəkar karyerasını bərpa etməyə qərar verib.
Corner.az-ın məlumatına görə, bu barədə veteran hücumçu "La Provence" nəşrinə açıqlamasında deyib.
38 yaşlı keçmiş forvard bildirib ki, Fransa çempionatında 100 qol səddini keçmək üçün özünə komanda axtarır.
O, yetirməsi olduğu "Nim" klubu ilə danışıq apardığını vurğulayıb.
Qeyd edək ki, Cibril Sisse karyerası ərzində "Liverpul" (İngiltərə), "Marsel" (Fransa), "Sanderlend" (İngiltərə), "Panatinaikos" (Yunanıstan) klublarında çıxış edib.