25 mart 2026. Çərşənbə

Messi, Ronaldo və Neymardan daha yaxşıyam


Messi, Ronaldo və Neymardan daha yaxşıyam

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan Edilson açıqlaması ilə diqqət çəkib.

Corner.az xəbər verir ki, 48 yaşlı sabiq oyunçu Braziliya telekanalların birində  Lionel Messi, Kriştiano Ronaldo və Neymardan daha yaxşı olduğunu deyib:

"Ən yaxşı vaxtlarımda Neymardan daha yaxşı oynadım. Məndən yaxşı olmaq üçün Neymar və Messi dünya çempionu olmalıdırlar.Kriştian Ronaldoda sadəcə güc var. Mənim bacarıqlarım ondan daha yüksəkdir".

Qeyd edək ki, Edilson futbolçu karyerasını 2016-cı ildə başa vurub. O, karyerası ərzində 15 klubda oynayıb.(qol)







Xəbər news