6 dekabr 2025. Şənbə

Messini oyundan çıxarın yoxsa onu öldürərik


Messini oyundan çıxarın yoxsa onu öldürərik

"Barselona"nın futbolçusu Lionel Messinin əmisi oğlu Maksi Byankukki argentinalı hücumçu haqda danışıb.

Corner.az xəbər verir ki, o, "Ole"yə açıqlamasında əvvəlcə 32 yaşlı oyunçu ilə olan uşaqlıq xatirəsini bölüşüb: "Məhəllədə bizimlə oynadığı zaman  hamımız ondan boyca çox uzun idik. Bizə "bu dəlilikdir, Messini oyundan çıxarın, yoxsa onu öldürərik" deyirdilər. Onu döymək istəyirdilər, o da buna dözürdü.

8-9 yaşım olanda şənbə günləri Leonun oyununu izləmək üçün erkən qalxardım. Çox təsir edici hərəkətlər edərdi, buna inana bilməzdim

M.Byankukki Messinin Argentina çempionatında oynamaq variantı haqda da danışıb: "Leo Argentinanı çox sevir, insanlar bunu başa düşmürlər. Əgər burada o qədər də təhlükəli olmasaydı, burada oynayardı, buna şübhəm yoxdur. Ən böyük arzum Leonu "Nyuells"də görməkdir, ancaq bunun reallaşacağını düşünmürəm. Çünki bu şəhər cəhənnəmdir".(qol)







Xəbər news