6 dekabr 2025. Şənbə

Daha bir ölkədə çempionat başlayır


Daha bir ölkədə çempionat başlayır

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Avstriya Bundesliqasının bərpa tarixi məlum olub.

Corner.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, çempionat iyunun 2-də qaldığı yerdən başlayacaq.

Qarşılaşmalar 3 gündən bir keçiriləcək və iyulun 15-də başa çatacaq.

Çempionatın bərpasından əvvəl futbolçular koronavirus testindən keçiriləcəklər.

"Zalsburq" və "Austriya" komandaları arasında ölkə kubokunun final görüşü isə mayın 29-da olacaq.

Qeyd edək ki, Avstriya klublarına mayın 15-dən məşqlərə başlamağa icazə verilib.(report)







Xəbər news