“Tottenhem”in futbolçusu Harri Keyn daha əvvəl icarə əsasında çıxış etdiyi “Leyton Orient” klubuna dəstək olub.
Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu keçmiş klubunun forma sponsoru olub. Bu barədə Keyn “Tvitter” hesabında məlumat paylaşıb.
“Leyton Orient”in yeni mövsümdə geyinəcəyi əsas formada koronavirusla mübarizə aparan həkimlərə təşəkkür mesajı yer alacaq. Klubun 2-ci və 3-cü formalarında isə “Haven House” və “Mind” fondunun loqosu yer alacaq.
Qeyd edək ki, ingiltərəli futbolçu 2010/11 mövsümündə icarə əsasında “Leyton Orient”də çıxış edib.