- Xəbər news
- 22:34 14.11.2024
"Əla rəhbərliyimiz var. Bütün ayların maaşları tam ödənilib".
Corner.az-ın məlumatına görə, bu fikirləri millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants yerli radiolardan birinin efirində deyib.
Amerikalı mütəxəssis bildirib ki, məvaciblərin azaldılması məsələsi müzakirə olunmayıb: "Rəhbərlik uşaqlara çox dəstək oldu, onların qayğısına qaldı. Bu futbolçuların milyonlarla ABŞ dolları yoxdur ki, 5-6 ay pulsuz yaşaya bilsinlər və ya maaşlarında 20 faiz endirim olsun".
Çempionatın mümkün bərpası barədə də danışan Şants oyunların iyul ayında başlaya biləcəyini istisna etməyib.
Qeyd edək ki, "Finiks Rayzinq" klubu mayın 13-dən məşqləri bərpa edib.(report)