29 noyabr 2024. Cümə

Mən də İbrahimoviç kimi balıq tuturam


Mən də İbrahimoviç kimi balıq tuturam

"Mən Zlatan İbrahimoviçin hər bir şəklini "layk" edirəm".

Corner.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli deyib.

Hazırda "Milan"da çıxış edən İbrahimoviç "Instagram"da balıq tutarkən videosunu paylaşıb. Həmin fotonu bəyənənlər arasında Emreli də olub. 

23 yaşlı hücumçu bildirib ki, özünün də bu məşğuliyyətə həvəsi var: "Zaqatalada dayımın süni gölü var. Hər yay ora gedəndə gündə azı 1-2 saat balıq tuturam. Qarmağı atırıq suya, bir də görürük ki, balıq dartır".

Digər məşğuliyyətləri barədə də danışan Emreli "PlayStation"da mərhələ keçilən oyunlar oynamağı xoşladığını söyləyib.








Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir