28 oktyabr 2024. Bazar ertəsi

Daha bir ölkədə çempion elan olundu


Daha bir ölkədə çempion elan olundu

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Şotlandiya çempionatı barədə qərar verilib.

Corner.az-ın yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, liqada 2019/2020 mövsümü vaxtından əvvəl başa çatdırılıb.

30 turdan sonra turnir cədvəlinə 80 xalla liderlik edən "Seltik" çempion elan olunub. Son sıradakı "Harts" isə aşağı liqaya  göndərilib.

Qeyd edək ki, daha əvvəl Avropada Niderland, Belçika, Kipr və Cəbəllütariq çempionatlarında cari mövsüm ləğv edilib.







Xəbər news