"Qızıl zibilqabı"nın yeni sahibi
İtaliya A Seriyasında ilin ən uğursuz futbolçusu üçün verilən "Qızıl zibilqabı" mükafatının sahibi müəyyənləşib.
Corner.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda hazırda Atletico'da çıxış edən Nikola Kalinic daha çox səs toplayıb.Ötən mövsüm icarə əsasında Milan'da oynayan 31 yaşlı hücumçu 49,1 faiz səs yığıb.Roma'nın hücumçusu Patrik Schick (19,3%) ikinci, Milan'ın daha bir hücumçusu Andre Silva (13,3%) üçüncü yeri tutub. Qeyd edək ki, indiyədək A Seriyasında Rivaldo, Cristian Vieri, Ricardo Quaresma və Adriano kimi futbolçular “Qızıl zibilqabı” mükafatına layiq görülüb.(qol.az)