- Xəbər news
- 22:34 14.11.2024
UEFA milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinə aydınlıq gətirib.
Corner.az-ın "France-Press" nəşrinə istinadən məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Fransanın "Lion" klubunun rəhbəri Jan-Mişel Olaya məktubunda yazıb.
Sloveniyalı funksioner bildirib ki, UEFA-nın yerli liqaların sözügedən müddətdə yekunlaşdırılması rəsmi qərar deyil, sadəcə tövsiyədir.
Qeyd edək ki, "Lion" avrokuboklardan kənarda qaldığı üçün Fransa Peşəkar Futbol Liqasından UEFA-ya şikayət edib və Liqa 1-in vaxtından əvvəl bitirilməsi qərarı ilə əlaqədar iki iddia qaldırıb. Qurum isə klub rəhbərliyinə məktub göndərərək milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinin yalnız tövsiyə olduğunu bildirib.