29 yanvar 2026. Cümə axşamı

Agent Beşiktaş-dan FİFA-ya şikayət edə bilər


Agent Beşiktaş-dan FİFA-ya şikayət edə bilər
Beşiktaş-ın braziliyalı hücumçusu Vaqner Lav klubdan ayrıla bilər.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, futbolçu 5 aydır məvacib almır. Futbolçunun agenti Dioqo Souza bu məsələyə münasibət bildirərkən deyib: “İstanbul klubu ilə münasibətlərimiz pis deyil. Lakin vəziyyət dəyişməsə müqaviləni pozmaq üçün FİFA-ya müraciət etməli olacağıq. Belədə Beşiktaş həm 5 aylıq borcunu, həm də müqavilədə nəzərdə tutulan 18 aylıq məvacibi ödəməli olacaq. Hələlik gözləyirik. Tədbir görməsələr konkret addımlar atacağıq”.

Qeyd edək ki, istanbullular braziliyalı hücumçuya o qədər də güvənmir. 34 yaşlı cari mövsüm 16 oyunda meydana çıxıb və 7 qol vurub.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO