28 oktyabr 2024. Bazar ertəsi

Lui dirijor idi, biz isə onun orkestri


Lui dirijor idi, biz isə onun orkestri

"İnter"in sabiq hücumçusu Ronaldo İtaliya millisinin keçmiş baş məşqçisi Luicı Simoninin ölümü ilə bağlı başsağlığını ifadə edib.

Corner.az xəbər verir ki, bu barədə 43 yaşlı keçmiş futbolçu özünün "Instagram” səhifəsində yazıb.

“Luicı Simoni mənim üçün yalnız məşqçi deyildi. Əgər mən Lui haqqında düşünürəmsə, müdrik və yaxşı insanı yada salıram, hansı ki, sənə bir şeyi etməyi təkcə əmr etmirdi, izah edirdi ki, bunu niyə belə etmək lazımdır. Mən öz müəllimim haqqında düşünürəm. Lui dirijor idi, biz isə onun orkestri.

Mən onun təbəssümünü, sakit səsini və məsləhətlərini xatırlayıram. Biz bacarırdıq və daha çox mükafat əldə etməli idik, amma həmişə birlikdə qalib gəlirdik və bizi buna o öyrədirdi. Təşəkkür, cənab! Siz mənə təqdim edə biləcəyinizdən çox şey öyrətdiniz", - deyə Ronaldo qeyd edib.

Qeyd edək ki, Luicı Simoni dünən 82 yaşında ölüb. Ronaldo Simoninin rəhbərliyi altında 1998-ci ildə "İnter"lə UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanıb. 







Xəbər news