28 oktyabr 2024. Bazar ertəsi

Belarus kubokunun sahibi bilindi


Belarus kubokunun sahibi bilindi

Belarus Kubokunda final oyunu keçirilib.

Corner.az-ın məlumatına görə, həlledici görüşdə BATE son çempion Brest "Dinamo"su ilə üz-üzə gəlib. Minskdəki "Dinamo" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı qolsuz tamamlanıb. Əlavə vaxtın ilk uzatma dəqiqəsində Zaxar Volkov BATE-nin qələbə topunu vurub - 1:0.

Beləliklə, BATE tarixində 4-cü dəfə Belarus Kubokunu qazanıb. 

Qeyd edək ki, bu, koronavirus pandemiyası dövründə Avropada qazanılan ilk titul olub. 







Xəbər news