28 may 2026. Cümə axşamı

Azərbaycana getməli idim, ayağım sındı


Azərbaycana getməli idim, ayağım sındı

Rumıniyalı sabiq futbolçusu Katalin Likouyunun karyerası ərzində Azərbaycanda oynamaq variantı olub.

Corner.az xəbər verir ki, bu barədə o, "Moldfootball"a müsahibəsində deyib. 39 yaşlı sabiq hücumçu bildirib ki, 2009-cu ildə Qazaxıstanın "Vostok" klubunda çıxış edən zaman Azərbaycandan təklif alıb:  "Azərbaycana getməli idim, ancaq ayağım sındı. Uzun müddət müalicə Sağaldıqdan  sonra orada həvəskar komanda olan "Tenerife" ilə məşq etdim. Başqa təkliflərim yox idi. Sonra zəng gəldi, Moldovanın "Olimpiya"sına dəvət etdilər. Mən də razılaşdım".

Qeyd edək ki, K.Likiouyu karyerasını 2014-cü ildə Kanada klubu "Kinqston"da olarkən bitirib.(qol)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı