6 dekabr 2025. Şənbə

38 yaşlı qapıçının taleyi azarkeşlərin ixtiyarına buraxıldı


38 yaşlı qapıçının taleyi azarkeşlərin ixtiyarına buraxıldı

Şotlandiyanın "Livinqston" klubu futbolçusu Qeri Meylinin komandadakı taleyini müəyyənləşdirmək üçün qeyri-adi üsula əl atıb.

Corner.az-ın məlumatına görə, şəhərin eyniadlı təmsilçisi bu məqsədlə azarkeşlərə müraciət edib.

Klub müqaviləsi başa çatan 38 yaşlı qapıçının komandada qalıb-qalmaması barədə rəsmi "Twitter" səhifəsində tərəfdarlar arasında sorğu keçirib.

Təcrübəli futbolçu ilə bağlı yekun qərarın səsvermənin nəticəsinə uyğun qəbul ediləcəyi bildirilib.

Qeyd edək ki, Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub.







Xəbər news