- Xəbər news
- 22:34 14.11.2024
“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycanda göstərdiyi xeyirxah addım ölkəsi Serbiya mətbuatında da işıqlandırılıb.
Corner.az-ın məlumatına görə, serblər tanınmış idman şərhçisi Gündüz Abbaszadənin bu gün sosial şəbəkə hesabında Stamenkoviç haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.
G.Abbaszadə statusunda Stamenkoviçin koronavirusa yoluxan jurnalist Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu, eyni zamanda 35 yaşlı qolkiperin bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini qeyd edib.
“HotSport” saytı serbiyalı qolkiperlə əlaqə saxlayaraq fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydir. Yeddi ildir buradayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.