Futbolçuları zorlayan federasiya prezidenti cəzalandı
Gənc qadın futbolçulara qarşı zorakılıqda ittiham olunan Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart cəzalandırılıb.
Corner.az xəbər verir ki, FİFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.Qeyd edək ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri “Dadu” ləqəbli Bartın federasiya daxilində qızlara onunla yatması üçün təzyiq etdiyini, razılaşmayanların isə qadınlar millisindən qovulduğunu açıqlamışdı. Hadisələrin son 5 ildə baş verdiyi bildirilmişdi.(qol)