Şotlandiyanın “Livinqston” klubunun müqaviləsinin müddəti sona çatan qapıçısı Qari Meylinin komandadakı aqibəti müəyyənləşib.
Corner.az xəbər verir ki, azarkeşlər 37 yaşlı qolkiperlə yeni müqavilə bağlanmasını istəyiblər. Belə ki, klub sosial şəbəkə hesabında məlumat paylaşaraq, tərəfdarlardan təcrübəli qapıçının komandadan qalmasına, yaxud qalmamasına səs vermələrini istəyib.
Sorğuda 200 mindən çox azarkeş iştirak edib. Onların böyük bir hissəsi (70.4 faizi) Meylinin komandada qalmasının tərəfdarı olub. Yalnız 29.6 faiz təcrübəli qolkiperin “Livinqston”a lazım olmadığına səs verib. Klub rəhbərliyi də böyük əksəriyyətin istəyinə uyğun olaraq, qolkiperlə 1 illik müqavilə bağlamağa qərar verib. Hətta bunun üçün imza mərasimi də təşkil olunub.