6 dekabr 2025. Şənbə

Mourinho'nun yeni iş yeri


Mourinho'nun yeni iş yeri
Manchester United'in sabiq baş məşqçisi Jose Mourinho futbol şərhçisi kimi fəaliyyət göstərəcək.

Corner.az xəbər verir ki, bu barədə “Bein Sports” telekanalı məlumat yayıb. 55 yaşlı çalışdırıcının televizyanın Yaxın Şərq və Şimali Afrikadakı yayımlarında iştirak edəcəyi bildirilir.

Portuqaliyalı mütəxsis yanvarın 17-də Asiya Futbol Çempionatının qrup mərhələsinin Qətər - Səudiyyə Ərəbistanı, yanvarın 19-da isə Arsenal – Chelsea oyununu başqa tanınmış futbol mütəxəsislərinin iştirakı ilə şərh edəcək.(qol.az)






Xəbər news