- Xəbər news
- 22:34 14.11.2024
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Forbes"in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu olub.
Corner.az xəbər verir ki, portuqaliyalı hücumçu 1 iyun 2019-cu il- 1 iyun 2020-ci il vaxtı ərzində 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklamdan gəlirlər təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.
Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi ("Barselona", 104 milyon) 2-ci, Neymar (PSJ,95,5 milyon) 3-cü olub.(qol)
Dünyanın ən çox qazanan futbolçuları
1. Kriştiano Ronaldo ("Yuventus", idmançıların siyahısı - 2-ci yer) – 105 milyon dollar
2. Lionel Messi ("Barselona", 3-cü yer) – 104 milyon
3. Neymar (PSJ, 4-cü yer) – 95.5 milyon
4. Məhəmməd Salah ("Liverpul", 34-cü yer) – 35.1 milyon
5. Kilian Mbappe (PSJ, 36-cı yer) – 33.8 milyon
6. Andres İnesta ("Vissel Kobe", 46-cı yer) – 29.6 milyon
7. Məsut Özil ("Arsenal", 49-cu yer) – 28.7 milyon
8. Pol Poqba ("Mançester Yunayted", 50-ci yer) – 28.5 milyon
9. Oskar ("Şanxay SİPQ", 56-cı yer) – 27.5 milyon
10. Antuan Qrizmann ("Barselona", 60-cı yer) – 26.7 milyon
11. David De Xea ("Mançester Yunayted", 67-ci yer) – 25.7 milyon
12. Aleksis Sançes ("İnter" / "Mançester Yunayted", 69-cu yer) – 25.6 milyon
13. Qaret Beyl ("Real", 73-cü yer) – 25.2 milyon
14. Serxio Ramos ("Real", 100-cü yer) – 21.8 milyon