29 noyabr 2024. Cümə

Dünya çempionatında ilk sarı vərəqə göstərilməsindən 50 il ötür


Dünya çempionatında ilk sarı vərəqə göstərilməsindən 50 il ötür

Bu gün futbol üzrə dünya çempionatları tarixində ilk sarı vərəqənin göstərilməsindən 50 il ötür.

Corner.az-ın məlumatına görə, bu hadisə ilk dəfə 1970-ci ildə Meksikada keçirilən mundialda qeydə alınıb.

Turnirin açılış matçında ev sahibləri SSRİ yığması ilə qarşılaşıb. Qolsuz başa çatan matçda ilk olaraq 31-ci dəqiqədə rusiyalıların heyətində gürcüstanlı yarımmüdafiəçi Kaxi Asatiani cəzalanıb. Daha sonra isə Givi Nodiya və Yevgeni Lovçev sarı vərəqə görüblər.

Qeyd edək ki, futbol oyunlarında sarı və qırmızı vərəqə göstərmək ideyası ingiltərəli hakim Ken Astona məxsusdur. Rəvayətə görə, referi futbolçuların cəzalandırılmasını onlara çatdırmaq üçün dil baryerini necə aradan qaldıracağını düşünürdü. Bir gün öz avtomobili ilə işıqforda dayanan hakimin diqqətini sarı və qırmızı rənglər çəkib. Məhz bundan sonra Aston futbolda vərəqələrin tətbiqini təklif edib.(report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir