Almaniya millisinin və Bavariya'nın sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqçiliyə başlamaq istədiyini açıqlayıb.
Corner.az xəbər verir ki, hazırda 35 yaşı olan sabiq futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:
“Nə vaxtsa mənim xoşuma gələcək maraqlı bir variant yaranarsa, bu barədə düşünəcəm. Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq üçün edəcəm”.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Şvaynştayger “Mançester Yunayted”, ABŞ-da “Çikaqo Fayr” komandaların da çıxış edib. 2019-cu ilin oktyabr ayında isə o, peşəkar futbolçu karyerasını başa vurub.