29 noyabr 2024. Cümə

Azərbaycanlı futbolçunun komandası aşağı liqaya düşdü


Azərbaycanlı futbolçunun komandası aşağı liqaya düşdü

 Bosniya və Herseqovina çempionatı vaxtından əvvəl başa çatıb. 

Corner.az Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin videokonfransında qəbul edilib. 

22 turdan sonra 45 xala malik "Sarayevo" çempion olub. İkinci pillədə isə 42 xalla "Jelezniçar" qərarlaşıb. 

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" 17 xalla 11-ci olduğu üçün aşağı liqaya düşüb. 8 xalla sonuncu - 12-ci yerdə olan "Zviezda" da eyni aqibətlə üzləşib. 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir