28 oktyabr 2024. Bazar ertəsi

Liverpul Britaniyanın ən məşhur klubu oldu


Liverpul Britaniyanın ən məşhur klubu oldu

Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu "Liverpul"dur.

Corner.az xəbər verir ki, bu barədə “YouGov-FootballIndex” bildirib.

Futbolla maraqlanan britaniyalıların 8,3%-i Çempionlar Liqasının hazırkı qalibini dəstəkləyirlər. Reytinqdə ikinci yerdə "Mançester Yunayted" qərarlaşıb. Britaniyanın futbol azarkeşlərinin 6%-i bu komandanı seçib.

Təxminən 3,1% azarkeş London "Çelsi"sini dəstəkləyir. İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" "Arsenal"la (2%) 4-5-ci yerləri bölüşürlər.

Böyük Britaniyanın 10 ən məşhur komandasının siyahısında həmçinin "Tottenhem Hotspur", "Vulverhempton Uonderers", "Nyukasl Yunayted", Liverpul "Everton"u və Birminhem "Aston Villa"sı yer alıblar.







Xəbər news