2 fevral 2026. Bazar ertəsi

Qrizmann karyerasını bu ölkədə bitirmək istəyir


Qrizmann karyerasını bu ölkədə bitirmək istəyir

"Barselona"nın futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-da başa vurmaq istəyir.

Corner.az xəbər verir ki, bu barədə fransalı oyunçu "Lon Angeles Times"a açıqlamasında deyib:

"Barselona" ilə La Liqa və Çempionlar Liqasının kubokunu qazanmaq həm arzum, həm də məqsədimdir. Bunları bacardıqdan sonra 2022-ci ildə keçiriləcək dünya çempionatından sonra MLS-ə gedəcəyəm. Hansı komandada olacağımı bilmirəm, amma həqiqətən orada oynamaq istəyirəm. ABŞ-da önəmli komandanın bir hissəsi olmaq və o komanda ilə çempionluq uğrunda mübarizə aparamaq hədəflərim arasındadır". (qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO