28 oktyabr 2024. Bazar ertəsi

Messi və Ronaldo kimi ola bilərdim istəmədim


Messi və Ronaldo kimi ola bilərdim istəmədim

“Mən Lionel Messi və Kriştiano Ronaldo kimi futbolçu ola bilərdim. Amma istəmədim. Çünki sadəcə, öz həyatımdan həzz alırdım”.

Corner.az xəbər verir ki, bu sözləri Niderland millisinin sabiq oyunçusu Uesli Sneyder deyib.

Karyerasını başa vuran “İnter” və “Qalatasaray”ın 35 yaşlı sabiq oyunçusu bildirib: “Messi və Ronaldo tamam fərqli futbolçulardır. Onlar ən güclü olmaq üçün çox fədakarlıq ediblər. Buna yaxşı yanaşıram. Hesab edirəm ki, mənim də karyeram əla alınıb”.(qol)







Xəbər news