25 mart 2026. Çərşənbə

Instagram-dakı sərt paylaşımına görə əri klubdan qovuldu


Instagram-dakı sərt paylaşımına görə əri klubdan qovuldu

“Los-Anceles Qalaksi” futbolçusu Aleksandar Katai ilə yolları ayırıb.

Corner.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. Qərar qarşılıqlı razılaşma əsasında qəbul edilib.

ABŞ media isə yazır ki, 29 yaşlı  Katainin göndərilməsinə onun həyat yoldaşı Teanın qəbulediməz davranışları səbəb olub. O, İnstaqramda ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsinə görə başlanan etiraz aksiyasının iştirakçıları barədə 2 sərt paylaşım edib. Bir paylaşımında o “etirazçılara ölüm” şüarı səsləndirib, digərində isə onları “iyrənc mal-qara” adlandırıb.

Həftənin üçüncü günü “Los-Anceles Qalaksi” bu hərəkəti pisləyib və irqçilik adlandırıb. Bir gün sonra isə artıq futbolçu ilə müqavilə ləğv edilib.(qol)







Xəbər news