- Xəbər news
- 22:34 14.11.2024
"Qarabağ"da oynamaq yaxşı təcrübə oldu. Bu fürsət mənə verildi və düşündüm ki, niyə də olmasın?"
Corner.az-ın məlumatına görə, bu fikirləri Britaniya mətbuatına açıqlamasında hazırda "Milan"da çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç deyib.
33 yaşlı qolkiper Ağdam təmsilçisinin heyətində Avropa Liqasının qrup mərhələsində oynadığını xatırladıb. Bosniya və Herseqovina millisinin üzvü bunun əla təcrübə olduğunu bildirib: "Bakı böyük şəhərdir. Orada çox gözəl mədəniyyət var, özümə bəzi yaxşı dostlar qazandım. Ən əsası odur ki, yenidən oynamağa başladım və zövq aldım".
İcarə əsasında "Milan"da çıxış edən oyunçu klubdakı taleyi ilə bağlı bunları söyləyib: "İşlər bir az aydınlaşacaq. İnsanlar gələn il üçün daha yaxşı düşüncəyə sahibdirlər və planlar qura bilərlər. Eyni şey mənə də aiddir. Mövsümün sonuna kimi icarə müddətim var. Komandaya mümkün qədər kömək etmək üçün əlimdən gələni etməyə çalışacağam. Klubum "Bornmut"la iki illlik müqaviləm qalıb, yaxın bir neçə ay ərzində bu durumu müzakirə edəcəyik".
Xatırladaq ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün ilk yarısında icarə əsasında çıxış edib.(report)