- Xəbər news
- 15:12 27.11.2025
Meksikanın "Dorados" futbol klubunun məşqçisı və 1986-cı ildə dünya çempionu olmuş Dieqo Maradona mədəsindəki qanaxma ilə əlaqədar Buenos-Ayresdəki klinikalardan birinə yerləşdirilib.
Corner.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Bu qanaxma yırtıqla bağlıdır, ağır heç nə yoxdur", - deyə mənbə "Reuters"ə bildirib. "O, adətən hiss etdiyi narahatlıqlardan bəzilərini aradan qaldırmağa çalışır", - deyə mənbə əlavə edib.
Maradona 1986-cı ildə dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır.
Daha əvvəl bildirilir ki, 58 yaşlı məşqçi Buenos-Ayresdəki "Olivos" klinikasında standart müayinədən keçib. Müayinə zamanı onun mədəsində qanaxma qeydə alınıb.