- Xəbər news
- 22:34 14.11.2024
İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasında (RFF) prezidentliyə namizəd ola bilməyəcək.
Corner.az "Onda Cero" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 39 yaşlı sabiq qolkiperin seçkilərə hazırlaşmaq üçün vaxtının olmamasıdır.
Kasilyas hazırda Portu şəhərində yaşayır və ölkənin İspaniya ilə sərhədləri iyulun 1-dək bağlı olacaq. RFF-də prezidentliyə namizəd olmaq üçün sənədlər iyunun 24-dək təqdim edilməldir.
Veteran futbolçu bu səbəbdən şəxsi görüşlər keçirə bilməyəcək və öz komandasını formalaşdırmağa vaxt tapmayacaq.Kasilyasın nümayəndələri hesab edir ki, o, hazırkı prezident Luis Rubialeslə eyni şəraitdə mübarizə aparmır.
Qeyd edək ki, İker Kasilyas "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Son olaraq "Porto"da çıxış edən Kasilyas fevralda karyerasını bitirib