- Xəbər news
- 22:34 14.11.2024
"Barselona" və Bolqarıstanın sabiq futbolçusu Xristo Stoiçkov komandanın hazırkı kapitanı Lionel Messi barədə danışıb.
Corner.az xəbər verir ki, bolqarıstanlı veteran hücumçu "Marca"ya açıqlamasında argentinalı futbolçunun canlı əfsanə olduğunu söyləyib.
Stoiçkov 1990-1995 və 1996-1997-ci illərdə "Barselona"da çıxış edib. O bildirib ki, 33 yaşlı futbolçunun dünya çempionluğunu qazanması üçün 1994-cü ildəki mundialda layiq görüldüyü "Qızıl buts" mükafatından keçməyə hazırdır:
"Leonun "Barselona"da etdiklərini heç kim təkrarlaya bilməz. Onun kimi başqa bir oyunçunun olduğunu düşünmürəm. Messini ilk dəfə 12-13 yaşı olanda görmüşəm. Həmin vaxtdan bu yana hər kəsi təəccübləndirir. Bu, təkcə onun oyun keyfiyyəti ilə deyil, həm də insanlığı ilə bağlıdır. Həmişə ən çox ehtiyacı olanlara kömək edir".(qol)