29 noyabr 2024. Cümə

Mahirdən Allahverdi Bağırovla bağlı həssas paylaşım - FOTO


Mahirdən Allahverdi Bağırovla bağlı həssas paylaşım - FOTO

Bu gün Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.

Corner.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Emreli bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib. O, “Nurlar içində yat, Böyük kapitan!” yazaraq uzun illər komandanın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovun xatirəsini yad edib. Millimizin hücumçu üzərində Allahverdi Bağırovun rəsmi və "Sənin məzarın bizim qəlbimizdədir" yazısı olan köynəklə şəklini də paylaşıb.

Qeyd edək ki, A.Bağırov 1992-ci ilin iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.









Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir