2 fevral 2026. Bazar ertəsi

441 futbolçu FİFA-dan maddi yardım istəyir


441 futbolçu FİFA-dan maddi yardım istəyir

441 futbolçu maddi yardım üçün FIFA-ya müraciət edib.

Corner.az qurumun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, bunlar klubları koronavirus pandemiyası səbəbindən iflas edən və ya maliyyə problemlərinə görə maaşları ödənməyən oyunçulardır.

Müraciət edən oyunçuların 81 faizi Avropa klublarını təmsil edir. FIFA Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) vasitəsi ilə müraciətləri qəbul etməyə davam edəcək.

FIFA və FIFPro-nun maliyyə problemi ilə üzləşən oyunçulara yardım üçün yaratdığı fond iyulun 1-dən fəaliyyətə başlayacaq.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO