2 fevral 2026. Bazar ertəsi

Millimizin futbolçusu üçün mövsüm bitdi


Millimizin futbolçusu üçün mövsüm bitdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan yerli liqalarla bağlı qərarını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, çempionatların vaxtından əvvəl başa çatdırılması məqsəduyğun hesab olunub.

Ölkədə yeni mövsümün isə avqustda start götürəcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas" klubu mövsümü 14 komanda arasında 9-cu pillədə başa vurub. 30 yaşlı milliləşmiş braziliyalı qış fasiləsində "Qarabağ"dan BƏƏ klubuna keçib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO