2 fevral 2026. Bazar ertəsi

Ronaldo üçün ən yaxşı 4 futbolçu


Ronaldo üçün ən yaxşı 4 futbolçu

"Real"ın sabiq hücumçusu Ronaldo futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyi dörd oyunçunun adını açıqlayıb.

Corner.az “Goal”a istinadən xəbər verir ki, "Mənim üçün tarixdə ən yaxşıların reytinqində dörd futbolçu var - Pele, Maradona, Lionel Messi və Kriştiano Ronaldo. Futbolun tarixində ən yaxşı oyunçular", - deyə Ronaldo bildirib.

Daha əvvəl Ronaldo bildirib ki, "Barselona"nın hücumçusu Lionel Messinin, "Liverpul"un hücumçusu Məhəmməd Salahın, “Real”ın təmsilçisi Eden Azarın, PSJ-nin hücumçusu Neymarın və Kilian Mbappenin oyunlarını izləyir. Ronaldonun həmin siyahısında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun adı olmayıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO