- Xəbər news
- 21:58 14.03.2026
Əfsanəvi almaniyalı futbolçu Lotar Matteus Lionel Messi barədə fikirlərini söyləyib.
Corner.az-ın “La Nacion” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, Messiyə təzyiqləri başa düşmür: “İnana bimirəm ki, onu Argentinada tənqid edirlər. Əgər Messini bəyənmirsinizsə, biz onu hər zaman Almaniyada qəbul etməyə hazırıq. Onu bağrımıza basar və pasport da verərik”.
Messi - Maradona müqayisə haqda da danışan Matteus deyib: “Argentinanın bəxti gətirib ki, onun iki böyük futbolçusu var. Argentinalılar isə hələ də bu oyunçulardan hansının daha güclü olduğunu müzakirə edir”.(qol)